Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-06-2024 , 15:48

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi  layihə çərçivəsində müzakirələrə Qax şəhər  bələdiyyəsindən başlayıb

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda icra olunan layihə çərçivəsində Qax bələdiyyəsinin sədri Eyvaz Orucovla görüşü baş tutub. Bu barədə məlumatı ictimai birliyin sədri Vüqar Cəfərov  bildirib.

Birlik sədrinin sözlərinə görə, layihənin əsas məqsədi bələdiyyə idarəçiliyini təkmilləşdirmək və idarəetmə keyfiyyətini yüksəltmək, habelə bələdiyyə-vətəndaş münasibətlərinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir.

Görüşdə QHT-nin layihə çərçivəsində Qax rayonunda keçiriləcək silsilə görüşlərin təşkili, görüş keçiriləcək bələdiyyələrin siyahısı,  bələdiyyənin təsis edilməsinin 25 illiyinə həsr olunan  kitabların forma və məzmunu barəsində geniş müzakirələr aparılıb.

Görüşdə bildirilib ki,  büdcə gəlirlərinin artırılmasında  bələdiyyə-vətəndaş münasibətlərinin tənzimlənməsindən də asılıdır. Odur ki, layihə çərçivəsində vergi ödəyicilərinə bukletlərin hazırlanaraq paylanılması nəzərdə tutulur.

Səmimi dostluq şəraitində keçən görüşdə Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov rayonda formalaşam 18 bələdiyyənin hər birinin rayonda aparılan abadlıq-quruculuq işlərində yaxından iştirak etdiyini, ötən 25 il ərzində bir sıra uğurlara imza atdıqlarını qeyd edib. Hazırda 18 bələdiyyyənin əsas məqsədi əldə olunan mehmanxana rüsumlarının, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya olunan Bələdiyyələrin Avtomatlaşdırlımış Məlumat Sisteminin yaratdığı imkandan maksimum  dərəcədə yaralanaraq əmlak vergisinin həcmini artırmağa yönəlib.   

Hazırda əsas məqsədlərimizdən biri də bələdiyyənin dayanıqlı maliyyə mənbələrinin yaradılmasıdır.

Artıq Qax bələdiyyəsi bununla bağlı ciddi addımlar atıb və proses davam edir. Bələdiyyə maliyyəsi ilə formalaşdırılan mülkiyyəti  icarəyə  verməklə həm əlavə iş yerlərinin açılmasına şərait yaradılıb, həm də büdcəyə əlavə maliyyə vəsaiti cəlb edilməkdədir. Hazırda əldə edilən büdcənin səkkiz faizi məhz bu istiqamətdən daxil  olur. Yaxın gələcəkdə bununla bağlı bələdiyyənin xüsusi proqramı hazırlanır.

Lahiyənin Qax rayonunda keçirilməsindən məmnunluğunu ifadə edən Eyvaz Orucov onu icrası üçün hər bir dəstəyin göstəriləcəyinin xüsusilə vurğulayıb.       

Görüşdə bildirilib ki, həyata keçirilən layihə bütovlükdə Qax bələdiyyələrinin üzləşdiyi bir sıra problemlərin, xüsusən də bələdiyyə-vətəndaş münasibətlərində yaranan problemlərin aradan qaldırılmasına  və bələdiyyələrin büdcə gəlirlərinin artmasına, bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsinə səbəb olacaq və nəticə etibariylə vətəndaş məmnunluğunun təmin edilməsinə imkan yaradacaqdır.

Görüşdə Qax şəhər bələdiyyəsinin üzv və qulluqçularının iştirakıyla keçiriləcək görüşün detalları da müzakirə edilib.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər